"The Times" - Donald Tramp Çində Vladimir Putin və Si Dzinpinlə görüşə bilər
"The Times" - Donald Tramp Çində Vladimir Putin və Si Dzinpinlə görüşə bilər

Donald Tramp Çində Vladimir Putin və Si Dzinpinlə görüşə bilər. Bu barədə Britaniyanın “The Times” nəşri məlumat yayır.

Nəşrin yazdığına görə, ABŞ ilə Çin arasında ticarət razılaşmaları seriyası Trampı Pekinə qarşı düşmən mövqeyinə yenidən baxmağa vadar edib. Bu isə, öz növbəsində, İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda Amerika liderinin Çin paytaxtına dəvət olunması ilə bağlı ehtimallara səbəb olub.

Rusiya prezidentinin administrasiyası Kremldə Putin, Tramp və Si Dzinpin arasında mümkün görüş barədə məlumatın olmadığını bildirir. Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, Putin İkinci Dünya Müharibəsində qələbənin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun sonu və ya sentyabrın əvvəlində Çinə səfər edəcək. Sentyabrın 3-də Pekində İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə və Çin xalqının Yaponiya təcavüzünə qarşı müqavimət müharibəsinə həsr olunmuş hərbi parad keçiriləcək. Paradda Çin fəaliyyətdə olan öz istehsal avadanlığını nümayiş etdirəcək.