“The Times” – Böyük Britaniya ABŞ ilə razılaşma olmadan Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahdan istifadə etməsinə icazə verməyəcək
Böyük Britaniya ABŞ ilə razılaşma olmadan Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahdan istifadə etməsinə icazə verməyəcək. Məlumatı “The Times” anonim mənbələrə istinadən yayır.
Britaniya hökumətində hesab edirlər ki, ABŞ BMT-nin Baş Assambleyasında Ukraynaya uzaqmənzilli silahdan istifadə ilə bağlı yaşıl işıq yandıracaq, lakin anonim mənbələrin dedikləri üzrə, Amerikanın Prezident Administrasiyasında bu məsələ ilə bağlı fikir hələ də ikiyə bölünür.
Britaniyanın xarici işlər naziri Devid Lemi, qərbli müttəfiqlərin ümumi strategiya müəyyən etməli olduqlarını deyib.
“Ukraynanı dəstəkləyən müttəfiqlər kimi bizim gələcəkdə qələbə üçün strategiyamızın olması vacibdir. İndi biz bunu ABŞ və digər əsas müttəfiqlərlə müzakirə edəcəyik, lakin təbii ki, Zelenski ilə görüşəcəyimiz Baş Assambleyaya gedəcəyik” – Britaniyanın xarici işlər naziri bildirib.
Leminin bəyanatına əsasən, heç bir müharibə yalnız bir silahla qazanılmayıb və hava məkanında və Qara dənizdə Rusiyanın hücumlarını dəf etmək üçün Ukraynaya dəstək vermək vacibdir.