"The New York Times" - Tramp administrasiyasının rəhbəri Cey Di Vensə sosial şəbəkələrdə fəallığını azaltmağı tövsiyə edib
"The New York Times" - Tramp administrasiyasının rəhbəri Cey Di Vensə sosial şəbəkələrdə fəallığını azaltmağı tövsiyə edib

ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəhbəri Syuzan Uails vitse-prezident Cey Di Vensə sosial şəbəkələrdə fəallığını azaltmağı tövsiyə edib. Bu barədə “The New York Times” məlumat yayır.

Nəşrin yazdığına görə, buna səbəb Vensin sosial şəbəkədə tənqidçilərlə tez-tez polemikaya girməsidir ki, bu da onun vəzifəsinə uyğun olmayan addım hesab edilir.

“The New York Times” qəzetinin məlumatına görə, Cey Di Vens rəsmi görüşlər zamanı tez-tez telefonunu yoxlayır və sosial şəbəkələrdən istifadə edir.

Bununla yanaşı, nəşrin qeyd etdiyinə görə, Cey Di Vens bu yaxınlarda orucluq dövrü üçün “X” tətbiqini telefonundan sildiyini və bu vaxta qədər hələ quraşdırmadığını təsdiqləyib.

“The New York Times” qəzetinin materialında qeyd olunur ki, Donald Tramp, görünür, hələ də 2028-ci ilin seçkiləri üçün öz varisinin kimin olacağına qərar verməyib. Bununla yanaşı, nəşrin məlumatına görə, Donald Tramp köməkçiləri və müttəfiqləri ilə söhbətlərində tez-tez Cey Di Vensin bu rola hazır olub-olmaması barədə sual verir.