„The New York Times“ - İranın Ali ruhani lideri Ayətullah Əli Xameneinin iqamətgahı İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyat nəticəsində dağıdılıb
İranın Ali ruhani lideri Ayətullah Əli Xameneinin iqamətgahı İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyat nəticəsində dağıdılıb.
Bu barədə “The New York Times” qəzeti məlumat dərc edir.
Medianın məlumatına görə,Airbus tərəfindən çəkilmiş peyk fotoşəklində kompleksin dağıdılmış binaları əks olunub, hansı ki, adətən Ali Xameneyinin iqamətgahı və yüksək vəzifəli şəxslərin qəbul edilməsi üçün əsas yer kimi xidmət edir.
Nəşrin yaydığı fotoşəkildə qara tüstü görünür.
Bundan əvvəl „Reuters“ anonim mənbəyə istinadən İranın Ali liderinin ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı İranda olmadığı barədə məlumat yaymışdı.