"The New York Times" - İran müharibəsinin ilk altı günü ABŞ-a 11,3 milyard dollardan çox başa gəldi
İran müharibəsinin ilk altı günü ABŞ-a 11,3 milyard dollardan çox başa gəldi, – bu barədə “The New York Times” xəbər verir.
Nəşrin anonim mənbəsinin məlumatına görə, Pentaqonda keçirilən qapalı brifinqdə Konqres üzvlərinə deyilib ki, bu rəqəmə zərbələrə hazırlıqla bağlı bir çox xərclər daxil deyil və bu da ilk həftə üçün yekun xərclərin əhəmiyyətli dərəcədə arta biləcəyini göstərir.
Bununla yanaşı, ABŞ-ın müdafiə nümayəndələri Konqresə münaqişənin ilk iki günündə təxminən 5,6 milyard dollar dəyərində döyüş sursatı xərcləndiyini bildiriblər.
Vaşinqtonda fəaliyyət göstərən Strateji və Beynəlxalq Tədqiqat Mərkəzinin (CSIS) qiymətləndirməsinə görə, “Epik Qəzəb” əməliyyatının ilk 100 saatı 3,7 milyard dollara başa gəlib.
“The New York Times” yazır ki, müharibənin real xərcləri, ehtimal ki, daha yüksəkdir, çünki rəqəmlər veteranların səhiyyəsi və digər məsələlər kimi uzunmüddətli xərcləri nəzərə almır.