„The New York Times“ – İran ABŞ-la razılıq əldə etmək istəmir, çünki Tehran öz hərbi potensialını daha yaxşı dərk edib və qarşıdakı aylarda münaqişəni davam etdirməyə hazırlaşır
İran ABŞ ilə razılıq əldə etmək istəmir və müharibəni davam etdirməyə hazırlaşır. Bu barədə “The New York Times” ABŞ kəşfiyyat sənədlərinə istinadən yazır.
Nəşrin qeyd etdiyi kimi, sənəddə deyilir ki, ABŞ-la yarımillik müharibədən sonra Tehran öz hərbi potensialını daha yaxşı dərk edib və yaxın aylarda münaqişəni davam etdirməyə hazırlaşır. Eyni zamanda, İran hakimiyyətində Yaxın Şərqdəki hədəflərə hücumlar həyata keçirməyin mümkünlüyünə inam artıb.
Nəşrlə söhbət zamanı anonim mənbələrin bildirdiklərinə görə, “sərt kurs yürütməyə davam edən İran hökuməti ciddi eskalasiya imkanlarını nəzərdən keçirə bilər”.
Eyni zamanda, təkrarlanan müharibənin başlamasından altı ay sonra, mənbələrin fikrincə, “İran öz hərbi gücünü daha çox dərk edir və öz imkanlarına daha çox güvənir”.
“İranın ABŞ-la hər hansı bir sövdələşməyə hazır olduğunu göstərən çox az şey var; əksinə, İran ABŞ-da keçiriləcək aralıq seçkilər ərəfəsində Prezident Trampın qarşılaşdığı siyasi problemlərin pisləşməsindən məmnundur”, – “The New York Times” qəzeti yazır.