"The New York Times" - Ayətullah Əli Xameneinin öldürüləcəyi təqdirdə onun yerinə üç ruhani namizədi var
İranın ali lideri Ayətullah Əli Xamenei öldürüləcəyi təqdirdə onun yerinə üç ruhani namizədi seçib.
Bu barədə “The New York Times” nəşri üç İran mənbəsinə istinadən yazır.
Medianın məlumatına görə, Ayətullah Əli Xamenei yeraltı bunkerə sığınır və etibarlı şəxs vasitəsilə hərbi komandirləri ilə əlaqə saxlayır.
Mənbələrin nəşrə bildirdiklərinə görə, Xamenei vəzifəsinə üç yüksək rütbəli ruhani şəxsi namizəd seçib. Həmçinin, o, İsrail əməliyyatında digər yüksək rütbəli hərbi şəxslərin öldürüləcəyi təqdirdə hərbi komandirlər üçün əvəzedicilər seçib.
Xatırladaq ki, ötən həftənin sonunda beynəlxalq mətbuat yazırdı ki, İsrailin İranın ruhani lideri Ayətullah Əli Xameneini öldürmək planı var idi, lakin bu planı prezident Tramp dayandırdı.