"The New York Times" - ABŞ İsraili İranla danışıqlardan demək olar ki, tamamilə kənarlaşdırıb
"The New York Times" - ABŞ İsraili İranla danışıqlardan demək olar ki, tamamilə kənarlaşdırıb

ABŞ İsraili İranla danışıqlardan demək olar ki, tamamilə kənarlaşdırıb, – bu barədə İsrail müdafiə sahəsinin iki nümayəndəsi “New York Times” qəzetinə bildirib.

Nəşrin məlumatına görə, İsrail atəşkəs razılaşmasından əvvəl keçirilən müzakirələrdə ümumiyyətlə iştirak etməyib və ABŞ ilə Tehran arasındakı danışıqların gedişatı barədə regional diplomatik təmaslar, həmçinin kəşfiyyat vasitəsilə məlumat əldə edib.

Məqalədə qeyd olunur ki, İrana qarşı müharibənin başlamasından əvvəlki dövrdə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə sıx əməkdaşlıq edir və Vaşinqtondakı situasiya otağında Tehrandakı rejimin süqutunu proqnozlaşdırırdı.

“Pilot kabinəsindən ekonom-klassa keçirilmənin İsrail üçün potensial olaraq mühüm nəticələri olacaq”, – Amerika qəzeti yazır.