“The Guardian”ın məlumatına görə Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə danışıqlarla bağlı qərarını Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra verəcək
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək və bundan sonra ruslarla danışıqlara dair qərar verəcək, – Bu barədə “Guardian” Ukrayna rəsmi şəxslərindən birinə istinadən məlumat yayır.
Nəşrin məlumatına görə, Ərdoğan və Zelenski arasında görüşün yaxın zamanda başlayacağı gözlənilir.
Xatırladaq ki, Ukrayna prezidenti bundan əvvəl Vladimir Putinlə Türkiyədə üz-üzə görüşməyə hazır olduğunu bildirdi, hərçənd, Rusiya prezidenti danışıqlarda şəxsən iştirak etmir və Rusiya nümayəndə heyəti artıq yerindədir.