"The Guardian" - şahzadə Harri müharibədə yaralanmış hərbçilərə yardım etmək məqsədilə qəfildən Kiyevə səfər edib
"The Guardian" - şahzadə Harri müharibədə yaralanmış hərbçilərə yardım etmək məqsədilə qəfildən Kiyevə səfər edib

Şahzadə Harri qəfildən Kiyevə səfər edib.

“The Guardian” nəşrinin məlumatına görə, Harrinin məqsədi Ukraynada, müharibədə yaralanmış minlərlə hərbçiyə yardım göstərməkdir.

Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı şahzadə “Invictus Games Foundation” komandası ilə yaralı əsgərlərin reabilitasiyasına dəstək üçün yeni təşəbbüsləri müzakirə edib.

“Biz bu müharibədə iştirak edən insanlara onların çətinliklərini aşmaqda kömək etməyə davam edə bilərik. Bütün bunları insanların diqqət mərkəzində saxlamaq lazımdır. Ümid edirəm ki, qeyd olunan səfər bütün bunların daha yaxşı başa düşülməsinə kömək edəcək”, – Şahzadə Harri “The Guardian” nəşrinə bildirib.

Səfər çərçivəsində şahzadə Harri Ukraynanın baş naziri Yuliya Sviridenko ilə də görüşəcək. Nəşrin yazdığı kimi, müharibə səbəbindən bu il Ukraynada 130 000-dən çox insan müxtəlif bədən xəsarətləri alıb və reabilitasiya kursu keçir.