„The Guardian“ - Hindistan bayrağı altında üzən iki tanker Hörmüz boğazını təhlükəsiz şəkildə keçib
„The Guardian“ - Hindistan bayrağı altında üzən iki tanker Hörmüz boğazını təhlükəsiz şəkildə keçib

Hindistan bayrağı altında üzən mayeləşdirilmiş təbii qaz daşıyan iki tanker Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.

Bu barədə “The Guardian” yazır.

“Onlar bu səhər Hörmüz boğazını təhlükəsiz şəkildə keçiblər və Hazırda Hindistan istiqamətində hərəkət edirlər”, – deyə Hindistanın Limanlar, Dəniz Nəqliyyatı və Dəniz Yolları Nazirliyinin xüsusi katibi Raceş Kumar Sinha bildirib.

“The Guardian”ın yazdığına görə,İranın Hindistandakı səfiri İranın Hindistan gəmilərinin keçidinə icazə verdiyini bildirdikdən sonra bu əhəmiyyətli istisnaya yol verilib, lakin, onlardan neçəsinə icazə verildiyini dəqiqləşdirməyib.

Hindistan dünyanın aparıcı mayeləşdirilmiş qaz idxalçılarından biridir. O, yanacağının təxminən 85%-ni və mayeləşdirilmiş təbii qazının 50%-ni Yaxın Şərqdən idxal edir.