“The Guardian” – Böyük Britaniya Ukraynaya kəşfiyyat məlumatını təqdim etməyə davam edəcək
Böyük Britaniya Ukraynaya kəşfiyyat məlumatını təqdim etməyə davam edəcək, – “The Guardian” nəşri yazır.
Nəşrin mənbələrinin məlumatına görə, eyni zamanda, “Böyük Britaniya onun və Avropa ölkələrinin imkanlarının ABŞ-dan daha məhdud olduğunu qəbul edir”.
“Onlar ABŞ-ın imkanları qədər miqyaslı deyil, onların yerini tutmayacaqlar, lakin Ukraynaya hücumla bağlı müəyyən qədər erkən xəbərdarlıq almağa imkan verəcəklər”, – mənbə nəşrə bildirib.
Xatırladaq ki, martın 4-də Trampın Ukraynaya bütün hərbi yardımı, o cümlədən artıq yolda olan yardımı dayandırdığı məlum olub. Martın 5-də isə məlum olub ki, ABŞ Ukraynaya kəşfiyyat məlumatını verməyi dayandırıb.