“The Guardian” – Böyük Britaniya Rusiyanın obyektlərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə ilə bağlı Ukrayna ilə razılaşmağa qərar verib
Böyük Britaniya Britaniyanın “Storm Shadow” tipli raketlərindən Rusiyanın obyektlərinə zərbə endirmək üçün istifadə ilə bağlı Ukrayna ilə razılaşmağa qərar verib. Bu haqda “The Guardian” anonim mənbəyə istinadən yazır.
Mənbələrin dedikləri üzrə, Britaniya ehtimal ki, bu qərarı ictimai şəkildə elan etməyəcək.
Britaniya tərəfi Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə edilməsi haqda ictimai bəyanatı həddən artıq təxribat xarakterli hesab edir.
“Çox güman ki, Ukrayna ehtiyatsız və ya lazımsız hücumların qarşısını almaq üçün müəyyən məhdudiyyətlərlə “Storm Shadow” tipli raketlərdən istifadə edə biləcək” – “Guardian” yazır.
Mənbələrdən biri onu da qeyd edib ki, Böyük Britaniyanın xarici işlər naziri ilə ABŞ dövlət katibinin Kiyevə birgə səfəri belə bir qərar olmadan baş tutmayacaqdı.