"The Guardian" - ABŞ ordusunun katibi Den Driskol Ukraynanın “sülh planı” məsələlərində ABŞ-ın xüsusi nümayəndəsi olacaq
"The Guardian" - ABŞ ordusunun katibi Den Driskol Ukraynanın “sülh planı” məsələlərində ABŞ-ın xüsusi nümayəndəsi olacaq

Kiyevdə müharibəyə son qoymaq planını müzakirə edən ABŞ ordusunun katibi Den Driskol ABŞ-ın bu istiqamətdə xüsusi nümayəndəsi olacaq.

Bu barədə “The Guardian” ABŞ prezidenti Donald Trampın müvafiq bəyanatına istinadən yazır.

“The Guardian”ın məlumatına görə, Donald Trampın administrasiyası dövründə Den Driskol Ukraynaya səfər edən Pentaqonun ən yüksək rütbəli nümayəndəsi olub.

Den Driskol ABŞ-ın vitse-prezidenti Cey Di Vensin yaxın dostudur. Onlar Yel Hüquq Məktəbində birlikdə oxuyublar. Bununla yanaşı, ordunun katibi olmadan əvvəl Driskol səs-küylü siyasi karyera ilə tanınmırdı.

Medianın məlumatına görə, Den Driskolun “Tramp planı”nı müzakirə etmək məqsədilə gələn həftə Moskvaya səfər edə biləcək ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, bundan əvvəl məlum oldu ki, ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq vəzifəsindən ayrılacaq.