"The Guardian" - ABŞ Avropa İttifaqını qida və kənd təsərrüfatı məhsullarına 17%-lik rüsumlarla hədələyir
"The Guardian" - ABŞ Avropa İttifaqını qida və kənd təsərrüfatı məhsullarına 17%-lik rüsumlarla hədələyir

ABŞ Avropa İttifaqını qida və kənd təsərrüfatı məhsullarına 17%-lik rüsumlar tətbiq etməklə hədələyib. Bu barədə “The Guardian” bildirir.

Britaniya nəşri yazır ki, bu barədə Avropa Komissiyası artıq üzv ölkələrin səfirlərini məlumatlandırıb.

Yayılan məlumata əsasən, ticarət rüsumları Belçika şokoladından tutmuş İtaliya zeytun yağına qədər hər şeyə təsir edəcək.

Məqalədə qeyd edildiyi kimi, əgər Vaşinqton bu addımı atarsa, bu, Avropa istehsalçılarına ciddi zərbə vuracaq.

Avropa Komissiyası öz növbəsində Avropa İttifaqının ABŞ-la ticarət sazişi bağlamaq imkanlarına nikbin baxdığını açıq şəkildə bəyan etməyə davam edir.

Məlum olduğu kimi, Donald Tramp Avropa İttifaqından idxal olunan məhsula tətbiq edilən 50%-lik rüsumun tətbiqini müvəqqəti dayandırıb, hərçənd, bu qərarın müddəti 9 iyulda bitir. Bu o deməkdir ki, əgər tərəflər həmin tarixədək razılığa gələ bilməsələr, ticarət rüsumları yenidən qüvvəyə minəcək.