"The Financial Times" - NATO Avropa ölkələrinin hərbi investisiyaları və istehsalı artırması üçün Avropanın silah istehsalçılarına təzyiq göstərməyə çalışır
"The Financial Times" - NATO Avropa ölkələrinin hərbi investisiyaları və istehsalı artırması üçün Avropanın silah istehsalçılarına təzyiq göstərməyə çalışır

NATO, Avropa ölkələrinin hərbi investisiyaları və istehsalı artırmaq məqsədilə silah istehsalçılarına təzyiq göstərməyə çalışır. Bu barədə məqaləni “The Financial Times” qəzeti dərc edir.

Nəşrin məlumatına görə, NATO-nun baş katibi Mark Rutte gələn həftə bu məsələ ilə bağlı aparıcı Avropa müdafiə şirkətlərinin nümayəndələri ilə məsləhətləşmələr aparmağı və onları təcili olaraq investisiyaları artırmağa və silah istehsalını genişləndirməyə çağırmağı planlaşdırır.

Planlaşdırılan görüş Brüsseldə baş tutacaq və orada “Rheinmetall”, “Airbus”, “Saab”, “Leonardo” və digər bu kimi iri silah şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Onların məlumatına görə, şirkətlərdən investisiya planları və istehsal güclərinin artırılması imkanları barədə, xüsusilə hava hücumundan müdafiə və uzaqmənzilli raketlər istiqamətində əvvəlcədən məlumat vermələri xahiş olunub.

“The Financial Times” qəzetindəki mənbələrin məlumatına görə, alyans iyul ayında Ankarada keçirilməsi planlaşdırılan NATO sammitindən əvvəl öz imkanlarının gücləndirilməsini sürətləndirməyə çalışır.

Məlumat üçün bildirək ki, ötən il Haaqada keçirilən NATO sammitində əldə olunmuş razılaşmalardan sonra müttəfiqlər müdafiə xərclərini mərhələli şəkildə ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəliblər.