"The Financial Times" - ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı, ehtimal ki, Ukrayna, Avropa, NATO və Rusiyanın nümayəndələrini əhatə edəcək "sülh şurası" yaratmağı nəzərdən keçirir
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı “sülh şurası”nın yaradılmasını nəzərdən keçirir. Bu barədə “The Financial Times” məlumat yayır.
Nəşrin xəbər verdiyinə görə, şuranın yaradılması Ukrayna ilə Rusiya arasında gələcək sülh müqaviləsinin həyata keçirilməsini izləmək və təmin etmək məqsədi daşıyır.
Medianın məlumatına görə, sülh şurası Qəzzada yaradılan şuraya bənzəyəcək.
ABŞ ilə danışıqlarda iştirak edən Ukraynalı yüksək vəzifəli şəxs bildirib ki, ayrıca şura, Rusiya ilə müharibənin dayandırılması ilə bağlı təkliflərin vacib hissəsini təşkil edib.
“The Financial Times” qəzetinin məlumatına görə, “Sülh Şurası”na ehtimal ki, Ukrayna, Avropa, NATO və Rusiya nümayəndələri daxil olacaq və onlar müharibəyə son qoymaq üçün razılaşmanın icrasını izləyəcəklər. Yüksək vəzifəli şəxsin dediyinə görə, ABŞ şuraya daha geniş bir qurum tərəfindən nəzarət edilib-edilməyəcəyini dəqiqləşdirməyib.
Həmçinin məlumdur ki, ABŞ Venesuela ilə bağlı “Sülh Şurası” yaratmağı düşünür.