"The Financial Times" - ABŞ Dövlət Departamenti Avropada Trampın Hərəkatı ilə əlaqəli xeyriyyə təşkilatları və analitik mərkəzləri maliyyələşdirməyi planlaşdırır
"The Financial Times" - ABŞ Dövlət Departamenti Avropada Trampın Hərəkatı ilə əlaqəli xeyriyyə təşkilatları və analitik mərkəzləri maliyyələşdirməyi planlaşdırır

“The Financial Times”ın məlumatına görə, ABŞ Dövlət Departamenti Trampın “Amerikanı Yenidən Möhtəşəm Et” (Make America Great Again) hərəkatı ilə bağlı Avropadakı xeyriyyə təşkilatlarını və analitik mərkəzləri maliyyələşdirməyi planlaşdırır.

Britaniya nəşrinin yazdığı kimi, Vaşinqton bu yolla Tramp administrasiyasının mövqeyini irəli sürməyə çalışacaq. Məqalədə qeyd olunur ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmi şəxəsi Sara Rocers dekabr ayında Avropada olub və bir neçə təşkilatın nümayəndələri ilə görüşüb. O cümlədən, Reform UK partiyasının lideri Naycel Faraj ilə danışıqlar keçirilib. Sara Rocers həmçinin Paris, Roma və Milanda da olub. “The Financial Times” qəzeti ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmi şəxsinin Avropada görüşdüyü bu təşkilatları ifrat sağçı adlandırır və qeyd edir ki, onların fikirləri ABŞ administrasiyasının Avropa sivilizasiyasının məhv olmaq təhlükəsi ilə üzləşdiyi mövqeyi ilə uyğun gəlir.

“Bu təşəbbüs Vaşinqtonun müttəfiqləri arasında, xüsusən də ABŞ maliyyələşdirilməsinin onların siyasətlərinə müdaxilə etmək üçün istifadə olunacağından narahat olan Böyük Britaniyadakı Leyboristlər kimi mərkəzçi-solçu hökumətlər arasında çaşqınlıq yarada bilər”, – “The Financial Times” yazır.

Nəşrin məlumatına görə, yeni proqram ABŞ Dövlət Departamentinin Vaşinqtonun gündəliyini irəli aparan layihələri maliyyələşdirmək təcrübəsini davam etdirəcək. Bu layihələr London, Paris, Berlin və Brüsseldəki təşəbbüslərə yönələcək.