“The Economist” – 2022-ci ildən müharibədə 60-100 minə gədər ukraynalı hərbçi öldürülüb, Rusiyanın müharibədə itkisi daha böyükdür

19:07, 27.11.2024

“The Economist”in məlumatına əsasən, 2022-ci ildən müharibədə 60-100 minə gədər ukraynalı hərbçi öldürülüb. Nəşr Qərb kəşfiyyat xidmətlərinin, ABŞ administrasiyasının və açıq mənbələrin məlumatlarına əsaslanır. Həmin məqaləyə görə, daha 400 min ukraynalı hərbçi yaralanıb və döyüş meydanına qayıda bilməyib.

Qəzetin giymətləndirməsinə görə, demək olar ki, üç il ərzində davam edən müharibədə vətəndaşları arasında tələfat on minlərlə nəfərə çatır. Bununla yanaşı, nəşrin müəllifləri qeyd edirlər ki, həlak olan mülki şəxslər barədə öldürülən hərbçilərlə müqayisədə daha az məlumat var.

Ölənlərin 60 mini 18-49 yaş arası kişilərdir ki, bu da müharibədən əvvəl Ukraynada yaşayan bu kateqoriyadan olan vətəndaşların 0,5%-ni təşkil edir.

“Əgər fərz etsək ki, hər ölən şəxsə 6-8 ağır yaralı düşür, ozaman belə çıxır ki, hərbi çağırış yaşında olan demək olar ki, hər iyirminci kişi həlak olub və ya o qədər ağır yaralanıb ki, artıq döyüşə davam edə bilməyib”- “The Economist” yazır.

“The Economist”in mənbələrindən biri də açıq mənbələrə əsasən Ukraynanın itkilərini hesablayan UAlosses saytıdır. Bu mənbənin göstəricilərinə görə, 2022-ci ildən azı 60 435 ukraynalı hərbçi həlak olub. Söhbət rəsmi rəqəmlərdən getmir. Ukrayna və Rusiyanın müdafiə nazirlikləri itkilərlə bağlı rəsmi göstəricilər dərc etmirlər.

“The Economist” kəşfiyyat məlumatlarına istinadən yazır ki, Rusiyanın müharibədə itkisi daha böyükdür. Onların göstəricilərinə görə, Rusiya 200 minə yaxın hərbçi itirib. Media Zone və BBC-nin jurnalistləri açıq mənbələr vasitəsilə ölən 70 min rus hərbçinin adını müəyyənləşdiriblər.

“The Economist” Ukraynada davam edən müharibədə həlak olanların sayının ABŞ-ın İkinci Dünya Müharibəsindəki itkilərinə yaxınlaşdığını vurğulayır.

Oxşar