Teymuraz Kupatadze - David Qarecidə sakit vəziyyətdir, yaxın günlərdə ibadət edənlər və turistlər azad şəkildə hərəkət edəcəklər
David Qareci monastr kompleksində baş verən insident ilə bağlı gürcü-azərbaycan tərəfi arasında görüş keçirildi.
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəis müavini, Teymuraz Kupatadzenin görşüdən sonra jurnalistlərə bildirdiyinə görə, yaxın günlərdə ibadət edənlər və turistlər ərazidə azad şəkildə hərəkət edəcəklər.
Teymuraz Kupatadze dünən baş verən insident ilə bağlı da söhbət etdi. Onun məlumatına görə, yerli sakinlər Azərbaycan sərhədçilərini təhqir etdilər. Nəticədə qarşıdurma baş verdi. Durum gürcü sərhədçilərinin müdaxiləsi nəticəsində vaxtında sakitləşdirildi.