Fransada hava hərəkəti dispetçerlərinin iki günlük tətili davam edir.
Tətil səbəbindən təxminən 1 000-ə yaxın aviareys ləğv edilib. Onların arasında Parisin iki hava limanında uçuşların dörddə biri ləğv edilib.
Fransanın baş naziri Fransua Bayru bildirib ki, dispetçerlər “fransızları girov götürürlər”.
Tətil mövsümündə keçirilən bu tətili ölkənin nəqliyyat naziri Filip Tabaron da sərt tənqid edib.
“Ölkəmizdə 272 nəfər yarım milyondan çox insanın rifahına qərar verir. Bu, qəbuledilməzdir”, – Tabaro bildirib.
İki günlük tətil iki hava hərəkəti dispetçerləri ittifaqı tərəfindən təşkil olunub. Onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edir və personal çatışmazlığından narazılıqlarını bildirirlər.