Tereza Mey - Rusiya bizə başqa yol buraxmadı
Tereza Mey - Rusiya bizə başqa yol buraxmadı

Böyük Britaniyanın baş naziri Tereza Meyin bəyanatına görə, qərb mövcud olan problemi həll etməyə çalışdı, ancaq, BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın göstərdiyi mövqeyindən sonra, qərb ölkələrinin alternativ hərəkət ssenarisi qalmadı.

“Biz problemin həlli üçün, diplomatik yollardan və bütün imkanlardan istifadə etdik, ancaq hər bir cəhdimiz nəticəsiz olurdu. Bu həftə də eyni məsələ baş verdi. Rusiya BMT-nin Təhlükəsizlik Şurasında müvafiq rezolyusiyaya veto qoydu. Bizə qalan tək alternativ yol qücdən istifadə etmək idi” – dedi Böyük Britaniyanın baş naziri.

Xatırladaq ki, Suriyədə kimyəvi silahdan istifadə faktına cavab olaraq, ABŞ, Böyük Britaniya və Fransa bir neçə saat öncə, Suriyəyə aviazərbələr endirdilər.