Teona Akubardia “Qaxaria” partiyası ilə əməkdaşlığı dayandırıb və bildirir ki, mübarizəni müstəqil şəkildə davam etdirəcək
Teona Akubardia “Qaxaria” partiyası ilə əməkdaşlığı dayandırıb və bildirir ki, mübarizəni müstəqil şəkildə davam etdirəcək

Teona Akubardia “Qaxaria” partiyası ilə əməkdaşlığı dayandırıb və bildirir ki, mübarizəni müstəqil şəkildə davam etdirəcək.

Bu barədə Akubardia sosial şəbəkədə yazır.

“2020-ci ildə siyasi fəaliyyətə başladığım kimi, Gürcüstanın milli maraqlarını qorumaq üçün müstəqil mübarizəmi davam etdirmək qərarımı sizinlə bölüşürəm. 2024-cü ilin parlament seçkiləri zamanı “Qaxaria – Gürcüstan Naminə” partiyasının siyahısında partiyasız üzv kimi iştirak etmişəm və ölkənin suverenliyi və təhlükəsizliyi maraqları ətrafında çalışmışam. On iki komanda yoldaşım kimi mən də, azad və ədalətli olmayan seçkilərdən sonra İvanişvilinin təkpartiyalı parlamentinə legitimlik vermədik. Təbii ki, rejimin ölkənin daxili və xarici kursunu dəyişməsi, kütləvi repressiyalar fonunda mən qarşıdurmada idim və qalmağa davam edirəm. Müxalifətin səhvləri bu gün aktual mövzudur və bu barədə çox şey söylənə bilər, lakin əsas səhv parlamentə daxil olmamaq deyil, ölkənin suverenliyini və ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ümumi məqsəd ətrafında vahid baxışın olmaması və qarşılıqlı münaqişədir. Mən hələ də qəti şəkildə inanıram ki, yeni, azad və ədalətli parlament seçkiləri və siyasi məhbusların azad olunması olmadan ölkə öz konstitusiya yoluna qayıda bilməyəcək. Buna görə də mən Vahid Avropa Gürcüstanı adlanan məqsəd uğrunda mübarizəni imkan daxilində davam etdirəcəyəm. Bu məqsəd uğrunda mübarizədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, sonda biz qalib gələcəyik”, – Teona Akubardia yazır.