"Telasi"də bildirirlər ki, hazırda Diğomidə elektrik enerjisinin təchizatı bütün abonentlər üçün bərpa olunub
"Telasi"də bildirirlər ki, hazırda Diğomidə elektrik enerjisinin təchizatı bütün abonentlər üçün bərpa olunub

“Telasi” şirkətinin məlumatına görə, başqa bir təşkilata məxsus kran Diğomidə yüksək gərginlikli xətti zədələyib, nəticədə 70 000 abonentə elektrik enerjisinin verilişi dayandırılmışdı.

“Telasi”də izah edirlər ki, hazırda elektrik enerjisinin təchizatı bütün abonentlər üçün bərpa olunub.

“Bu gün, saat 12:32-də “Diğomi-102” yüksək gərginlikli xətti başqa bir təşkilata məxsus olan kran zədələyib. Nəticədə 70.000 abonentin elektrik təchizatı dayandırılıb. Ehtiyat sxemi ilə şirkət saat 13:22-də abonentlərin 80%-ni elektrik enerjisi ilə təmin edə bilib. Şirkət bərpa işlərini operativ şəkildə həyata keçirib və saat 14:00 üçün bütün abonentlərə elektrik enerjisinin verilişi bərpa olunub”, – “Telasi”nin bəyanatında deyilib.