Təl-Əviv aeroportunda iki təyyarə bir-biri ilə toqquşdu
Təl-Əviv aeroportunda iki təyyarə bir-biri ilə toqquşdu

Təl-Əviv beynəlxalq hava limanının enmə zolağında iki sərnişin təyyarəsi toqquşub. Haaretz xəbər verir ki, hadisədən zərər çəkən yoxdur.

“German Wings” alman şirkətinə məxsus avialayner yedəklənmə zamanı uçuşa hazırlaşan İsrailin “El Al” yükdaşıma təyyarəsinə toxunub.

“Uçuş ləğv olunub, sərnişinlər göyərtədən çıxarılıblar. Zərər çəkən yoxdur”, – radio qeyd edir.

Yerli KİV-in dərc etdiyi videodan görünür ki, hər iki təyyarənin quyruğu zədələnib.