Təl-Əvivdə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilib.
Medianın məlumatına görə, nümayişdə təxminən min nəfər iştirak edib.
Aksiya iştirakçıları hakimiyyəti həm ölkənin təhlükəsizliyi, həm də daxili siyasi qərarlarına görə tənqid ediblər.
Nümayişçilərin əllərində üzərində “Daha nə qədər qan tökülməlidir?” yazılmış müxtəlif bannerlər var idi.
Etiraz aksiyası hökumətdən 2023-cü il 7 oktyabr hadisələri ilə bağlı dövlət araşdırma komissiyası yaratmağı tələb edən ictimai hərəkat tərəfindən təşkil edilib.