Texasda daşqın nəticəsində həlak olanların sayı 91-ə qədər artıb. “BBC”nin məlumatına görə, ən çox zərər görən bölgə Keri vilayəti olub, burada 75 nəfər həlak olub, onlardan 27-si uşaqdır. Onlar Qvadalupe çayının sahilində salınmış xristian yay düşərgəsində olublar.
Hazırda Texasın bir neçə əyalətində daşqın xəbərdarlığı hələ də qüvvədədir.
Bununla yanaşı, Ağ Evin mətbuat katibi Kərolayn Livit bildirib ki, ABŞ prezidenti Donald Tramp həftənin sonunda Texsasa səfər edəcək.
Xatırladaq ki, Texasda güclü daşqın cümə günü baş verib. Axtarış-xilasetmə işləri hələ də davam edir.