Texasda kilsədə hücum edənin kimliyi artıq məlumdur
Texasda kilsədə hücum edənin kimliyi artıq məlumdur
Texas ştatında, Sazerlend Sprinqs baptist kilsəsinə hücum edən şəxsin kimliyi məlum oldu. ABC News yerli hüquqmühafizə orqanlarına istinadən xəbər verir ki, silahlı şəxs 25 yaşlı Texaslı Devin Kelidir. 
Hazırda polis onun evində axtarış aparır.
 Texasın qubernatoru, Qreq Abot hücumu ştatın tarixində ən ağır kütləvi qətl kimi dəyərləndirdi. Onun bəyanatına görə, atəş nəticəsində son göstəricilərlə 26 insan həlak oldu. Buna qədər 30 nəfərin həlak olması barədə məlumat yayılmışdır.
Rəsmi göstəricilərə əsasən, qurbanlardan 23-ü kilsənin içində həlak oldu, ikisi – həyətdə, biri isə sonralar xəstəxanada.
Yerli Şerif Departamentinin bəyanatına görə, qurbanların kimliyinin açıqlanmasında hələlik tərəddüd edirlər.
Baş verənlərdən sonra, demokrat senator Riçard Blumental silaha nəzarətin sərtləndirilməsi təşəbbüsü ilə çıxış etdi. Texas hücumundan başqa o, keçən ay Las Veqasda atışmanı da xatırlayır. Burada 58 nəfər qətlə yetirildi və 500-dən artığı xəsarət aldı.
Texasın Sazerlend Sprinqs kiçik şəhərində hücum noyabrın 5-də, yerli vaxtla saat 11:30-da baş verdi. Silahlanmış kişi həftə ibadəti zamanı daxil oldu və atəş açdı