Təhsil Nazirliyi - Raça-Leçxumi, Kvemo Svaneti, Acara və Quria məktəblərində tədris prosesi dayandırılıb, məktəblər buraxılmış saatların əvəz olunması barədə şagirdlərin valideynlərinin məlumatlandırılmasını təmin edirlər
Güclü qar səbəbindən Acarada, Quria, Raça-Leçxumi və Kvemo Svaneti məktəblərində tədris prosesi dayandırılıb, Sameqrelo-Zemo Svaneti, İmereti, Samtsxe-Cavaxeti və Şida Kartli ümumtəhsil müəssisələrində isə qismən tədris aparılır, – bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi bəyanat yayır.
Bəyanata əsasən, məktəblər buraxılmış dərs saatlarının əvəz olunması barədə şagirdlərin valideynlərinin məlumatlandırılmasını təmin edirlər.
“Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin təşəbbüsü ilə Gürcüstan miqyasında təhsil resurs mərkəzlərinin və məktəb ictimaiyyətinin nümayəndələri müvafiq qurumlarla razılaşdırılaraq güclü qarın yaratdığı problemlərlə mübarizə prosesində fəal iştirak edirlər.
Hava şəraitinin pisləşdiyi gündən Nazirlik daxili koordinasiya qrupunun yaradılmasını təmin edib – ümumtəhsil resurs mərkəzlərinin və məktəb ictimaiyyətinin nümayəndələri həm Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi, həm də yerli səviyyədə bütün müvafiq qurumlarla fəal koordinasiyadadırlar.
Təhsil resurs mərkəzlərini cəlb etməklə məktəb ictimaiyyətinin nümayəndələri birləşərək öz imkanları daxilində əhaliyə müxtəlif növ yardımlar göstərirlər.
Hazırki mərhələdə Acara, Quria, Raça-Leçxumi və Kvemo Svaneti məktəblərində tədris prosesi dayandırılıb. Sameqrelo-Zemo Svaneti, İmereti, Samtsxe-Cavaxeti və Şida Kartlinin ümumtəhsil müəssisələrində qismən tədris aparılır.
Güclü qarın yaratdığı problemlərin aradan qaldırılmasında və zərərçəkmiş əhaliyə yardım göstərmək prosesində Gürcüstanın Müdafiə Qüvvələrinə köməklik göstərmək məqsədi ilə Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ictimai məktəblərdə hərbi qulluqçular üçün müvafiq məkanlar ayrılıb.
Hava şəraiti yaxşılaşdıqdan və yolların təmizlənməsi prosesi başa çatdıqdan sonra Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi şagirdlərin təhlükəsiz təhsil mühitini təmin etmək məqsədilə məktəblərin infrastruktur ehtiyaclarını öyrənmək üçün müvafiq monitorinq həyata keçirəcək.
Məktəblər buraxılmış dərs saatlarının əvəz olunması barədə şagirdlərin valideynlərinin məlumatlandırılmasını təmin edirlər”, – deyə bəyanatda qeyd olunub.