Təhsil, elm və gənclər nazirinin müavini GTU nümayəndələri ilə görüşüb
Təhsil, elm və gənclər nazirinin müavini GTU nümayəndələri ilə görüşüb

Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia Gürcüstan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirib. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, görüş zamanı nazir müavini iştirakçılarla birlikdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin birləşdirilməsi məsələsini müzakirə edib.

“İşgüzar görüş sual-cavab rejimində keçirildi və iştirakçılar onları maraqlandıran suallara cavab almaq və fikirlərini qeyd etmək imkanı əldə etdilər. Oxşar görüşlər İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinin nümayəndələri ilə davam etdiriləcək”, – yayılan məlumatda deyilib.