Tehranın Rusiyaya ballistik raketlərin tədarükü ehtimalına görə, İranın müvəqqəti nümayəndəsini Ukraynanın Xarici İşlər Nazirliyinə çağırılıb

22:01, 09.09.2024

İranın müvəqqəti nümayəndəsi Tehranın Rusiyaya ballistik raketlər tədarükü ehtimalına görə Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Ukrayna mediasının məlumatına görə, XİN-də narahatlıq ifadə ediblər və iranlı diplomata sərt şəkildə xəbərdarlıq ediblər ki, Rusiyaya raket tədarükü ikitərəfli münasibətlər üçün dağıdıcı və düzəlməz nəticələrə gətirib çıxaracaq.

Ötən həftə Amerika və Avropanın yüksək rütbəli şəxslərinə əsaslanaraq “Wall Street Journal” nəşri İranın Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyünü yazıb.

Oxşar