Səhərdən saatlarından bəri İranın paytaxtı Tehranda partlayış səsləri eşidilir. “BBC” məlumat yayır.
ABŞ-ın Mərkəzi Komandanlığı sosial şəbəkədə Amerika raketlərinin buraxılışını və onların hədəfləri məhv etməsini əks etdirən video yayımlayıb.
“Mərkəzi Komandanlıq təlimatlara uyğun olaraq sürətli və qətiyyətli tədbirlər görür”, – ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanatda qeyd olunub.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri yeni zərbə dalğası başlatdıqlarını bildirdilər. Onların dediyinə görə, növbəti zərbələr İranın raket ehtiyatlarına və müdafiə sistemlərinə qarşı yönəlib.
“İsrail Hərbi Hava Qüvvələri İran miqyasında terrorçu rejimin 30-dan çox hədəfinə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə, raket buraxıcı sistemlərinə, rejim hədəflərinə və hərbi komandanlıq mərkəzlərinə zərbələr endirib”, – İsrail Müdafiə Qüvvələrinin yaydığı bəyanatda qeyd edilib.
Bununla yanaşı, İranın Ali Lideri Ayətullah Əli Xameneinin vəfatını İranda qeyd edirlər. „BBC“nin məlumatına görə, Xameneinin vəfatı gecə saatlarında İranın bir neçə şəhərində, o cümlədən İsfahan və Tehran yaxınlığında yerləşən Kərəc şəhərində qeyd edilib. Eyni medianın məlumatına görə, bu gün, səhər saatlarından hökumətyönlü tədbirlər də keçirilir. Tehranda çəkilmiş kadrlarda insanların bir hissəsinin Ayətullah Əli Xameneinin ölümünə yas tutduğu və əllərində onun fotolarını tutduqları görünür.