Tehranda bildirirlər ki, amerikalı hərbi qulluqçunun xilasetmə əməliyyatında iştirak edən bir neçə Amerika təyyarəsini məhv ediblər
Tehranda bildirirlər ki, amerikalı hərbi qulluqçunun xilasetmə əməliyyatında iştirak edən bir neçə Amerika təyyarəsini məhv ediblər

Tehranda bildirirlər ki, amerikalı hərbi qulluqçunun xilasetmə əməliyyatında iştirak edən bir neçə Amerika təyyarəsini məhv ediblər.

Bu barədə “İran İslam İnqilabı Keşikçiləri Korpusu” məlumat yayır.

İranın Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının mətbuat katibi bildirib ki, məhv edilmiş təyyarələr arasında C-130 tipli hərbi-nəqliyyat təyyarəsi və iki “Black Hawk” tipli helikopter var idi.

“Reuters” agentliyinin məlumatına görə, müvafiq məlumatların müstəqil mənbələr tərəfindən təsdiqi mümkün olmayıb.

ABŞ-ın rəsmi şəxsləri “Reuters” agentliyinə bildiriblər ki, İran ərazisində keçirilən xilasetmə əməliyyatı zamanı texniki problemlər səbəbindən amerikalı hərbçilər ən azı bir təyyarəni özləri vurmalı olublar.