Tea Tsulukiani - Komissiyanın rəyi Konstitusiya Məhkəməsində “Milli Hərəkat”ın və onun üzvlərinin siyasi fəaliyyətinin qadağan olunması ilə bağlı prosedurların başlanması üçün əsas olacaq
Parlament çoxluğu və “Gürcü Arzusu” istintaq komissiyasının rəyinin Konstitusiya Məhkəməsində müvafiq hüquqi prosedurların başlanması əsas kimi istifadə etmək qərarına gəlib və bu prosedurların məqsədi “Milli Hərəkat”ın və onun üzvlərinin siyasi fəaliyyətinin qadağan edilməsidir”, – Bu barədə parlament çoxluğunun üzvü, müvəqqəti istintaq komissiyasının sədri Tea Tsulukiani Gürcüstanın Birinci Kanalının “Cari mövzu – Maka Tsintsadze ilə” verilişində bildirib.
Onun sözlərinə görə, bunsuz ölkənin inkişaf perspektivi yoxdur.
„Biz çox intensiv işlədik. Bilirsiniz ki, Komissiyaya vaxt lazım oldu və parlamentin razılığı ilə qanunun nəzərdə tutduğu maksimum müddətdən, yəni altı aydan istifadə etdik. İşləmək üçün daha çox vaxtımız yox idi, çünki qanun belə bir müddətin uzadılmasına uzadılmasına imkan vermir. Sənədi çoxları gördü, əksəriyyəti uzaqdan, çünki indi redaktə olunur və oktyabrın sonuna qədər kitab şəklində çap olunacaq. Bu sənədi hamınız görmüsünüz, çünki elektron şəkildə əlçatandır. Təxminən 500 səhifədir və bir neçə min səhifədən ibarət əlavələr var. Rəyin əlavələri şəklində olan audio və video materialların həcmini artıq hesablamıram. Sizin kanalınızla geniş və fəal əməkdaşlıq nəticəsində bu rəylə bağlı müvafiq sənədli audio və video arxiv yaratdıq. Bunun üçün sizə təşəkkür edirik. Sentyabrın ilk həftəsində parlamentin müvafiq qərarla təsdiq etdiyi sənəddə biz bir neçə mühüm şeyi təsdiqlədik.
“Məhz buna görə də parlament çoxluğu və “Gürcü Arzusu” partiyası bu rəydən Konstitusiya Məhkəməsində müvafiq hüquqi prosedurların başlanması üçün əsas kimi istifadə etmək qərarına gəlib. Bu prosedurların məqsədi isə “Milli Hərəkat” və onun üzvlərinin siyasi fəaliyyətinin qadağan etmək olacaq. Məqsəd budur, çünki hesab edirik ki, bunsuz ölkənin inkişaf perspektivi yoxdur. “Gürcü arzusu” daimi olaraq hakimiyyətdə ola bilməz və bizim borcumuz, görməli olduğumuz iş və missiyamız ondan ibarətdir ki, hakimiyyətdən gedəsi vaxtımız çatanda – bu, nə 5 oktyabrda, nə də çevriliş yolu ilə deyil, məhz seçki yolu ilə baş verməlidir –həmin vaxt, növbəti seçkilərdə, rəydə təsvir olunan faktları törətmiş şəxslərin yenidən hakimiyyətə qayıtmaq şansı və riski əvvəlcədən istisna edilmiş olsun”, – deyə Tsulukiani bildirib.