Tea Tsulukiani - Əfqan Muxtarlının işi ilə bağlı Avropa Məhkəməsinin suallarına cavab vermək üçün bir neçə həftəmiz var
Əfqan Muxtarlının işi ilə bağlı Avropa Məhkəməsinin suallarına cavab vermək üçün bir neçə həftəmiz var, – bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani verdi.
Onun dediyinə görə, suallara cavab vermək üçün, Ədliyyə Naziri müxtəlif idarələrdən məlumat alacaq və Avropa Məhkəməsinə yekunlaşdırılmış sənəd təqdim edəcək.
Əfqan Muxtarlının işi ilə bağlı Ədliyyə Nazirliyi Avropa Məhkəməsindən səkkiz sual aldı, hansına cavab verməsi üçün bir neçə verildi.
2017-ci ilin mayın 19-dan Əfqan Muxtarlı və onun həyat yoldaşı Leyla Mustafayevanın maraqlarını Avropa Məhkəməsində “Konstitusiyanın 42-ci maddəsi” adlı təşkilatın hüquqşünasları Arçil Çopikaşvili və Nikoloz Leqaşvili qoruyurlar.
Məhkəmə prosesinə paralel olaraq, Gürcüstanda istintaq prosesi davam edir.