Tea Sulukiani beynəlxalq konfransı korrupsiya ilə uğurlu mübarizənin gürcü nümunəsi ilə tanış etdi
Tea Sulukiani beynəlxalq konfransı korrupsiya ilə uğurlu mübarizənin gürcü nümunəsi ilə tanış etdi

Korrupsiya ilə uğurlu mübarizənin gürcü modeli necədir və açıq idarəetmə yolu ilə vəzifə cinayətkarlığına qarşı mübarizə nəyi nəzərdə tutur – bu məsələ barəsində Ədliyyə naziri, Tea Sulukiani beynəlxalq anti-korrupsiya konfransında söhbət etdi.

Eyni zamanda korrupsiyaya qarşı idarələrarası koordinasiya şurasının sədri olan Tea Sulukiani, Kopenhaqendə keçirilən yüksək səviyyəli beynəlxalq anti-korrupsiya konfransında iştirak etdi. Ədliyyə naziri “açıq idarəetmə yolu ilə korrupsiyaya qarşı mübarizə” panelində nitqlə çıxış etdi. Panel Gürcüstan Ədliyyə Nazirliyi və „OGP“ tərəfindən təşkil edilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan Ədliyyə naziri qərarın qəbul edilməsi prosesində vətəndaşların qoşulmalarının və hakimiyyətin şəffaflığı barəsində söhbət etdi. Tea Sulukianin dediyinə görə, Gürcüstanda açıq idarəetmə prosesində ictimaiyyətin iştirakını nadir gürcü aləti – “Açıq idarəetmə – Gürcüstan” forumu təmin edir.

Ədliyyə naziri qeyd etdi ki, Gürcüstan hökumətinin müxləlif şaxələri, mərkəzi və yerli hakimiyyətlər, icraedici, qanunverici və məhkəmə hakimiyyəti tamamilə açıq idarəetmə prosesinə qoşulubdur.

Tea Sulukiani həmçinin korrupsiya ilə mübarizə baxımından önəmli yeniliklər barəsində söhbət etdi və sessiya iştirakçılarını penitensial sistemində planlaşdırılmış önəmli yeniliklər ilə tanış etdi.