Tea Axvlediani Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri və itkin düşmüş şəxslər üzrə komitənin xüsusi nümayəndəsi ilə görüşüb
Tea Axvlediani Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri və itkin düşmüş şəxslər üzrə komitənin xüsusi nümayəndəsi ilə görüşüb

Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani, Gürcüstandakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) nümayəndə heyətinin rəhbəri Ann Montavon və itkin düşmüş şəxslərlə bağlı məsələlər üzrə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xüsusi nümayəndəsi Anyes Kotu ilə görüş keçirib.

Dövlət Naziri Aparatının məlumatına görə, Tea Axvlediani 1990-cı illərdəki silahlı münaqişələr və 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı ilə bağlı humanitar prosesin və bu prosesin davamlılığının təmin edilməsinin xüsusi əhəmiyyətinə diqqət çəkib.

“Dövlət naziri Gürcüstanda itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək proqramında Beynəlxalq Qırmızı Xaç Komitəsinin neytral vasitəçi və humanitar iştirakçı qismində rolunun və fəal iştirakının əhəmiyyətini vurğulayıb. Tərəflər intensiv əməkdaşlığın nəticələrini, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) strateji tədqiqatının nəticələri və tövsiyələri əsasında aparılan proqramın transformasiya prosesi ilə bağlı aktual məsələləri müzakirə ediblər. Prioritet istiqamətlər nəzərə alınmaqla, konkret gələcək addımlar planlaşdırılıb”, – deyə Dövlət Naziri Aparatının məlumatında deyilib.