Tea Axvlediani Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirib
Tea Axvlediani Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirib

Tea Axvlediani Avropa Şurasının nümayəndə heyətinin üzvləri ilə görüş keçirib.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələlərində Dövlət Naziri Tea Axvlediani Avropa Şurasının nümayəndə heyətinin üzvləri ilə görüş keçirib, səfərin məqsədi Avropa Şurası Baş Katibinin 31-ci Konsolidasiya edilmiş – “Gürcüstanda Münaqişə”nin hesabatını hazırlamaq olub.

Dövlət naziri Avropa Şurasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdikləri güclü dəstəyə görə nümayəndə heyətinin üzvlərinə təşəkkür edib və müharibə ilə bölünmüş cəmiyyətlər arasında etimadın bərpasını təşviq etmək yolu ilə, münaqişənin sülh yolu ilə həlli, o cümlədən barışıq və cəlbetmə prosesində Avropa Şurasının mühüm rolunu vurğulayıb. Eyni kontekstdə Baş katibin işğal olunmuş bölgələrindəki vəziyyəti əks etdirən və beləliklə, bölgədə insan hüquqlarının monitorinqi üzrə beynəlxalq mexanizmlərin olmadığı fonunda xüsusi əhəmiyyət kəsb edən birləşdirilmiş hesabatlarının əhəmiyyəti qeyd edilib.

Görüşdə Gürcüstanın işğal olunmuş bölgələrində humanitar və insan haqları baxımından mövcud ağır vəziyyət nəzərdən keçirilib. Bununla yanaşı, Tea Axvlediani nümayəndə heyətinin üzvlərini münaqişə nəticəsində zərər çəkmiş əhalinin sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılmasına və süni şəkildə parçalanmış cəmiyyət arasında ümumi maraqlara əsaslanan dialoqun və etibarın bərpasını dərinləşdirmək məqsədi daşıyan cəlbetmə siyasətinin həyata keçirilməsində əldə edilmiş tərəqqi və gələcək baxışlarla tanış edib.

Avropa Şurasının nümayəndəsi Gürcüstan hökumətinin səyini müsbət qiymətləndirib və sülh prosesində gürcü tərəfinə tam dəstək vəd edib.

Tərəflər sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin aparatı yayır.