Tea Axvlediani ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristof Şpetis ilə görüş keçirib
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Tea Axvlediani ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristof Şpets ilə tanışlıq görüşü keçirib.
Tea Axvlediani münaqişənin sülh yolu ilə, o cümlədən Cenevrə Beynəlxalq Danışıqlarına həmsədrliyi vasitəsilə ATƏT-in rolunun və fəal iştirakının vacibliyini vurğuladı və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə minnətdarlığını bildirdi.
Tərəflər Cenevrə beynəlxalq danışıqlarının əhəmiyyətini, həmçinin Erqneti insidentinin qarşısının alınması və reaksiya mexanizminin nəticələrini müzakirə ediblər.
Dövlət naziri Gürcüstanın işğal olunmuş bölgələrində mövcud təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud vəziyyətlə tanış olub. Bununla yanaşı, Tea Axvlediani xarici diplomatı münaqişədən zərər çəkmiş əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və süni şəkildə parçalanmış cəmiyyət arasında ümumi maraqlara əsaslanan dialoqun dərinləşdirilməsi və etimadı bərpa etmək məqsədi daşıyan barışıq və cəlbetmə siyasətinin həyata keçirilməsində əldə edilmiş irəliləyişlər və gələcək baxışlarla tanış edib.
Tərəflər gələcək sıx əməkdaşlıq üzrə razılığa gəliblər.
Məlumatı Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı yayır.