Tea Axvlediani 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına həlak olmuş hərbçilərin xatirəsini ehtiramla yad edib
Tea Axvlediani 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına həlak olmuş hərbçilərin xatirəsini ehtiramla yad edib

 
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Gürcüstanın Baş naziri İrakli Kobaxidze, icraçı və qanunverici hakimiyyətin nümayəndələri ilə birlikdə Muxatqverdi Qardaşlar Qəbiristanlığında 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi zamanı qəhrəmancasına həlak olmuş hərbçilərin xatirəsini ehtiramla yad edib.

Dövlət Nazirinin Aparatının məlumatında, Tea Axvledianinin həlak olan qəhrəmanların valideynləri və ailə üzvləri ilə danışdığı, başsağlığı verdiyi və hökumət adından dəstəyi bir daha təsdiqlədiyi deyilir.

Tea Axvlediani 2008-ci ilin avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini Qoridə də yad edib. Dövlət naziri Qorinin Qəhrəmanlar Memorialına əklil qoyub, yerli hakimiyyətin və keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin müvəqqəti administrasiyasının nümayəndələri ilə birlikdə Qori və Ateninin mitropoliti möhtərəm Andrianın həlak olanların ruhlarının anılması üçün keçirdiyi mərasimdə iştirak edib.

“Bu gün biz Qoridə Gürcüstanın ən yaxın tarixinin ən ağır hadisələrini anırıq, bu, 16 il əvvəl Rusiya Federasiyasının genişmiqyaslı hərbi təcavüzü ilə həyata keçirilmiş ayrılmaz ərazilərimizin qeyri-qanuni işğalı ilə birlikdə, insan faciələrinin və ən ağır itkinin ölçüyəgəlməz acısı ilə bağlıdır. 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində ölkəmizin birliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımız, hərbçilərimiz və mülki şəxslər qarşısında hər zaman baş əyəcəyik. Mən onların xatirəsinə xüsusi ehtiram göstərmək və bu qəhrəmanları böyüdən ailələrə, bütün Gürcüstana dərin hüznlə başsağlığı vermək istəyirəm. Beynəlxalq hüququn əsas prinsiplərinə tamamilə məhəl qoyulmadan bu günə qədər ölkəmizdə qanunsuz işğal davam edir və onu müşaiyət edən ağır nəticələrə müqavimət göstərilməsi ölkəmizin əsas çağırışıdır, yalnız sülh yolu ilə, vahid hökumət yanaşması və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla onun öhdəsindən gəlməyi nəzərdən keçiririk. Qətiyyətlə inanıram ki, bu ardıcıl siyasətlə, sülhü möhkəmləndirməklə, ölkəmizin sonrakı tərəqqisi və inkişafı ilə biz son məqsədimizə – işğal xəttlərinin qeyd-şərtsiz yarılmasına və müharibə ilə uzaqlaşmış cəmiyyətimizin üzvləri arasında qarşılıqlı hörmətə əsaslanan birgə yaşayışın vahid və güclü Gürcüstanda bərpasına mütləq nail olacağıq” – dövlət naziri Tea Axvlediani deyib.