"Tbilisoba"ya həsr olunmuş tədbirlərlə əlaqədar paytaxtın bəzi küçələrində hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq
"Tbilisoba"ya həsr olunmuş tədbirlərlə əlaqədar paytaxtın bəzi küçələrində hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

 
“Tbilisoba”ya həsr olunmuş tədbirlərə hazırlıq işləri və onların gedişatı dövründə, paytaxtın bəzi küçələrində avtomobillərin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Məlumatı Tbilisinin Meriyası yayır. Onların məlumatına əsasən, məhdudiyyət sentyabrın 30-u saat 23:00-dan oktyabrın 8-i saat 08:00-dək qüvvədə olacaq.

“Sentyabrın 30-u saat 23:00-dan oktyabrın 2-i saat 00:00-dək Qriqol Orbeliani meydanına bitişik ərazi qismən bağlanacaq – Qiorqi Atoneli küçəsindən Vaxtanq Orbelianinin döngəsinin N13-dək olan yol hissəsi; Oktyabrın 2-si saat 00:00-dan oktyabrın 8-i saat 23:00-dək quru körpüyə bitişik ərazidə hərəkət tam qadağan olunacaq. Xüsusilə, İtaliya küçəsində, Orbeliani meydanına bitişik ərazidə və Atoneli küçəsindən Orbelianinin döngəsinin N13-dək olan yol hissəsində.

Məhdudiyyət dövründə Zaarbriuken meydanından Atoneli küçəsi istiqamətində hərəkət edən avtomobillər quru körpüdən Mtkvarinin sağ sahili istiqamətində hərəkət edə biləcəklər. Mtkvarinin sağ sahilindən Virsaladze küçəsinə gedən sürücülər isə Atoneli küçəsinədək hərəkət edəcəklər, sonra isə sağa dönərək Canturia küçəsinə qoşulacaqlar.

Oktyabrın 3-ü saat 23:00-dan oktyabrın 8-i saat 08:00-dək Abano küçəsinə bitişik ərazidə – Abano küçəsindən İoseb Qrişaşvili küçəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq. Müvafiq olaraq, Qrişaşvili küçəsinə Pirdousi, Mirzə Fətəli Axundov və İsmayıl İsfahanlı küçələrindən istifadə etməklə getmək mümkün olacaq.

Bundan əlavə, oktyabrın 4-ü saat 12:00-dan oktyabrın 7-si saat 02:00-dək Kosta Xetaqurov küçəsində, Xetaqurov parkına bitişik yanacaqdoldurma məntəqəsindən Xetaqurov və Quram Sağaradze küçələrinin kəsişməsinə qədər olan yol hissəsində
nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmin dövrdə Barataşvili körpüsü istiqamətində və əks istiqamətdə hərəkət edən avtomobillərin hərəkəti mövcud vəziyyətə uyğun olaraq qalacaq. Şota Qamtsemlidze küçəsindən Xetaqurov küçəsi istiqamətində isə hərəkət məhdudlaşdırılacaq. Avtonəqliyyat vasitələri Nino Çxeidze küçəsindən istifadə etməklə hərəkət edəcəklər.

Məhdudiyyətlər dövründə ictimai nəqliyyat üçün də hərəkət istiqaməti dəyişəcək.

Xüsusilə, avtobuslar: N326, N331, N342, N352 və N397 Rustaveli prospektindən Barataşvili küçəsi istiqamətində hərəkət edərkən Mtkvarinin sağ sahili əvəzinə Aleksandre Puşkin küçəsi istiqamətində hərəkət edəcəklər, Barataşvili küçəsindən isə müəyyən edilmiş sxemə uyğun olaraq hərəkət edəcəklər.

N320 və N323 avtobuslar Zaarbriuken meydanından Lev Tolstoy küçəsinə qoşulacaqlar, bundan sonra da Kosta Xetaqurov küçəsi, Mtkvarinin sağ sahili, Barataşvili körpüsündən keçməklə hərəkət edəcəklər və Barataşvili küçəsində hərəkəti başa vuracaqlar. Əks istiqamətdə hərəkət edərkən qeyd olunan avtobuslar Barataşvili küçəsindən Barataşvili körpüsünə, Mtkvarinin sol sahilinə qoşulacaqlar, Kosta Xetaqurov küçəsindən isə N320 Zaarbriuken meydanına doğru hərəkət edəcək, N323 avtobus Cavaxişvili küçəsinə doğru hərəkət edəcək və sonra müəyyən edilmiş sxemə uyğun olaraq hərəkət edəcək.

N536 və N550 mikroavtobuslarına gəlincə, quru körpü istiqamətində hərəkət edərkən Zaarbriuken meydanından Lev Tolstoy küçəsinə doğru, Kosta Xetaqurov küçəsi, Mtkvarinin sağ sahili və Barataşvili körpüsündən keçməklə Barataşvili küçəsinə qoşulacaqlar, oradan da müəyyən edilmiş sxemə uyğun olaraq hərəkət edəcəklər. N536 mikroavtobus əks istiqamətdə hərəkət edərkən Barataşvili küçəsindən Barataşvili körpüsünə qoşulacaq, Mtkvarinin sol sahili ilə Zaarbriuken meydanına doğru hərəkət edəcək və müəyyən edilmiş sxem üzrə sərnişinlərə xidmət göstərməyə davam edəcək.

Tbilisinin Meriyası yaranmış narahatlığa görə üzr istəyir!” – Tbilisinin Meriyasının məlumatında qeyd olunub.