"Tbilisoba 2025" 20-21 sentyabr tarixlərində keçiriləcək - tədbirin əsas məkanları Riğe Parkı və Orbeliani Meydanı olacaq
"Tbilisoba 2025" 20-21 sentyabr tarixlərində keçiriləcək - tədbirin əsas məkanları Riğe Parkı və Orbeliani Meydanı olacaq

paytaxtda Ümumxalq bayramı “Tbilisoba 2025” bu il 20-21 sentyabr tarixlərində keçiriləcək. Tədbirin əsas məkanları Riğe Parkı və Orbeliani Meydanı olacaq.

Tbilisi meri Kaxa Kaladzenin bildirdiyinə görə, Riğe Parkı və Orbeliani Meydanına gələn qonaqları ənənəvi olaraq tematik dekorasiyalar, həcimli instalyasiyalar və fotozonalar qarşılayacaq.

“Hər iki məkanda açıq hava kinoteatrı, sahibkarlıq yarmarkası, qastronomiya və şərab festivalları təşkil olunacaq. Gün ərzində həmçinin uşaqlar üçün konsertlər, əyləncəli və idman tədbirləri, musiqili axşamlar və teatrlaşdırılmış tamaşalar keçiriləcək. Bundan əlavə, Riğe Parkında estrada ifaçılarının rəngarəng musiqi proqramı təqdim olunacaq,Abanotubanidə isə “Tbilisinin rəngarəngliyi” adlı sərgi-satış təşkil olunacaq”, – deyə Kaxa Kaladze bildirib.

Bununla yanaşı, sentyabrın 20-də saat 20:00-da Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək və sentyabrın 21-də saat 20:00-da 2025-ci ilin “Tbilisoba” bayramı Avropa meydanında möhtəşəm qala-konsertlə başa çatacaq.

 

Riğe Parkı

20 və 21 sentyabr

12:00 – 22:00

Qastronomik Festivalı

Sahibkarlıq yarmarkası

Şirniyyat Festivalı

Şərab və Pendir Məkanı

Pivə zonası

Dekorativ tağ və xiyaban

Attraksionlar

Açıq hava kinoteatrı

Tematik dekorasiyalar, instalyasiyalar və fotozonalar

Teatrlaşdırılmış tamaşalar/çıxışlar

Nağıl qəhrəmanlarının yürüşü

Müxtəlif uşaq və əyləncəli fəaliyyətlər

İdman tədbirləri: gürcü güləşi, kryoba (milli oyun), nərd, şahmat, stolüstü tennis, mini-qolf

Uşaq konsertləri

Axşam konsertləri

Riğe Parkının musiqi proqramı

20 sentyabr – Uşaq konsertləri

12:00 – “Bzikebi Studiyası”nın konserti

13:00 – “Nutsanın Məktəbi” studiyasının konserti

14:00 – “Enki-Benki” ansamblının konserti

15:00 – “Ana-Bana” studiyasının konserti

20 sentyabr

18:00 – Gürcü estrada ifaçılarının konserti

 

21 sentyabr – Uşaq konsertləri

12:00 – Zürafə Jozenin çıxışı

13:00 – “Si-Mi” ansamblının konserti

14:00 – “Candy Studiası”nın konserti

15:00 – “Basti-Bubu Studiyası”nın konserti

21 sentyabr

18:00 – Gürcü estrada ifaçılarının konserti

21 sentyabr – Avropa Meydanı

20:00 – Bayram Qala-konserti: “Hamı Tbilisiyə oxuyur”