Tbilisinin mərkəzində dəmir yolu maqistralı ola bilsin 8 kilometrlik tuneldə yerləşə
Tbilisinin mərkəzində dəmir yolu maqistralı ola bilsin 8 kilometrlik tuneldə yerləşə

Tbilisinin mərkəzində dəmir yolu maqistralı ola bilsin 8 kilometrlik tuneldə yerləşə.

Son dövrdə keçirilən tədqiqatlara əsasən, “Gürcüstanın Dəmir Yolunun” belə bir planı var, ancaq tunelin tikilməsi ilə bağlı son qərarı Gürcüstan iqtidarı və meriya verməlidirlər.

“Gürcüstanın Dəmir Yolunda” tunelin tikilməsi üşün gərəkən tam məbləği deyə bilmirlər, ancaq bəyan edirlər ki, eyni məbləğ hazırda dayandırılmış bir layihə olan – dolayı dəmir yolunun inşaatı üçün də gərəklidir. Halbuki həmin layihənin həyata keçirilməsindən sonra, dəmir yolu daha da çətinləşmiş parametrlər əldə edəcək.

“Tbilisinin dolayı dəmir yolu layihəsi, dəmir yolunun inkişafına orientləşdirilmiş bir layihə deyil. Onun həyata keçirildiyi təqdirdə, dəmir yolunun texniki parametrləri daha da çətinləşəcək. Məsələn, saxlanıb-qorunma və operativlik xərcləri 60 faizlə artacaq” –  dedi “Gürcüstanın Dəmir Yolunun” korporativ idarə departamentinin rəhbəri Giorgi Zazaşvili.