Tbilisinin Ədliyyə evinin yanında 26 May Arkasının açılışı oldu
Tbilisinin Ədliyyə evinin yanında 26 May Arkasının açılışı oldu

İlk Demokratik Respublikanın 100 illik yubileyi ilə bağlı Ədliyyə Evində 26 May Arkasının təqdimatı keçirildi.

İnstalyasiyayı Ədliyyə Naziri Tea Tsulukiani açdı.

Tədbirdə Ədliyyə Nazirinin müavinləri Mixeil Sarcveladze və Giorgi Pataridze və həmçinin, Ədliyyə Evinin direktoru Givi Azauraşvili, Servislərin İnkişafı Agentliyinin rəhbəri Soso Giorqadze və Milli arxivin direktoru Teona İaşvili iştirak edirdilər.

Ədliyyə Nazirliyində bəyan edirlər ki, Ədliyyə Evinin girişinə montaj edilən tağ Gürcüstanın Avropaya qayıtmasına qədər bir əsr ərzində keçdiyi yolun simvoludur.

İnstalyasiyada Gürcüstan vətəndaşlarının 1918-ci ildən bugünə qədər istifadə etdiyi yolçuluq sənədlərin və şəxsiyyət vəsiqələrinin evolyusiyası təqdim edilir.