Tbilisidə “Yeni il kəndi” yanvarın 14-də daxil olmaqla fəaliyyət göstərəcək
Tbilisidə “Yeni il kəndi” yanvarın 14-də daxil olmaqla fəaliyyət göstərəcək

“Yeni il kəndi” yanvarın 14-də daxil olmaqla qonaqları qəbul edəcək, – bu barədə Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə birbaşa yayımda bəyan edib.

Onun izahatına görə, müddətin uzadılması cəmiyyət tərəfindən göstərilən xüsusi tələbatla şərtlənib.

“”Yeni il kəndi”nin yanvarın 7-dək fəaliyyət göstərəcəyini bildirmişdik, hərçənd, ictimaiyyətdən və sahibkarlardan böyük tələbat var. İlk növbədə, onlara əməkdaşlığa görə təşəkkür edirəm. Yeni il kəndinin fəaliyyətini davam etdirmək qərarına gəldik. 14 yanvar da daxil olmaqla tədbirlər davam edəcək – müxtəlif nümayişlər, konsertlər və s. ilə. Hamınızı gözləyirik. Bəxt gününüz mübarək. Ölkəmizə uğurlar, inkişaf, sevinc və sevgi arzulayırıq”, – Kaxa Kaladze bildirib.