Tbilisidə yay uşaq bağçalarına qeydiyyat mayın 15-də başlayacaq

Tbilisi Meriyası və Uşaq Bağçaları Agentliyinin “Yay uşaq bağçaları” sosial layihəsi 2019-cu ildə də həyata keçiriləcək. Tbilisidə iyul ayında bu il də 40 yay uşaq bağçası işləyəcək. Bu məkanla 13 000 uşağa istifadə etmə imkanı veriləcək.

“Qeydiyyat 2019-cu ilin mayın 15-də, saat 12:00-da başlayacaq. Proses elektron şəkildə, Tbilisi Uşaq Bağçaları Agentliyinin rəsmi veb səhifəsində, www.kids.org.ge-də həyata keçiriləcək”, – Tbilisi Uşaq Bağçaları Agentliyinin rəhbəri Kaxaber Qavantseladze bəyan etdi.

Yay uşaq bağçaları rayonlara müvafiq olaraq qarşıdakı müəssisələrdə fəaliyyət göstərəcək:

Qldani rayonu – N153, N48 N205, N216, N186
Didube rayonu – N11, N92, N23, N15.
Vake rayonu – N1, N27, N142, N83, ბაგა-ბაღი „ჩიორა“.
İsani rayonu -N202 , N29, N66, N215, N182.
Krtsanisi rayonu -N51, N206.
Mtasminda rayonu – N3, N152, N162
Nadzaladevi rayonu – N9, N79, N60, N143, N80.
Saburtalo rayonu – N197, N74, N112.
Samqori rayonu – N128, N12, N210, N45. N196, N72.
Çuğureti rayonu – N34, N5.