Tbilisidə və ona bitişik ərazilərdə yolların texniki duzla təmizlənməsi intensiv şəkildə davam edir
Tbilisidə və ona bitişik ərazilərdə yolların texniki duzla təmizlənməsi intensiv şəkildə davam edir

Güclü yağıntı səbəbindən Tbilisi meriyasının müvafiq xidmətləri hələ də fövqəladə rejimdə işləyirlər.

Tbilisi meriyasının məlumatına görə, 17 yanvar axşamından bu günə qədər paytaxtda və ona bitişik ərazilərdə yolların fasiləsiz təmizlənməsi davam edir.

“Gecə ərzində həm mərkəzi, həm də ikinci və üçüncü dərəcəli küçələr texniki duzla təmizlənib. İş prosesinə 100-dən çox xüsusi texnika və 400-dən çox əməkdaş cəlb olunub.

“Tbilservice Group” şirkətinin nümayəndələri ilə yanaşı, paytaxtın rayon icra hakimiyyətlərinin və meriyanın müvafiq xidmətlərinin əməkdaşları da səfərbər olunub. Daimi monitorinq aparılır, ərazilər yoxlanılır və müvafiq reaksiya göstərilir.

Yol-nəqliyyat hərəkəti pozulduğu təqdirdə, “Tbilservice Group” qaynar xəttinə – 2 61 90 50 və Tbilisi meriyasının qaynar xəttinə – 2 72 22 22 məlumat verə bilərsiniz”, – məlumatda qeyd edilib.