Tbilisidə taksi sürücüləri “A” kateqoriyalı sərnişindaşıma icazəsinin verilməsinə görə rüsumdan azad ediləcəklər
Taksi sürücüləri 2025-ci ilin 1 noyabrına qədər tətbiq edilmiş “A” kateqoriyalı sərnişindaşıma icazəsi üzrə borcdan azad ediləcəklər. Qərar Tbilisi Şəhər Şurasının bu gün keçirilən sessiyasında dəstəklənib.
Tbilisi Şəhər Şurasının Nəqliyyat məsələləri üzrə komissiyasının sədri Şalva Oqbaidzenin dediyinə görə, bu gün qəbul edilmiş qərar müəyyən səbəblərdən borcları yığılan insanlara qarşı həmrəylik ifadəsidir.
“Mən bu qərar üçün təşəkkürümü bildirəm istəyirəm, çünki mənim fikrimcə, bu, sürücülərə qarşı həmrəylik ifadəsidir. Bu şəxslərin müxtəlif səbəblərdən borcları yığılıb və bu dəfə onların borcu silinəcək. Gələn ildən bu sahədə monitorinqlər daha da sərtləşdiriləcək”, – Şalva Oqbaidze bildirib.