Tbilisidə, Rustaveli prospektində etiraz aksiyası keçirilir
Tbilisidə, Rustaveli prospektində etiraz aksiyası keçirilir

Tbilisidə, Rustaveli prospektində etiraz aksiyası keçirilir.

“Xalqın baharı gəlir” – Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili davam edən aksiyaya bu şüarla müraciət edir.

Etiraz iştirakçılarının bir hissəsi Rustaveli prospektinə yürüş edir. Yürüş iştirakçıları mərkəzi prospektə Gürcüstan və Avropa İttifaqının bayraqlarını gətiriblər.

Təşkilatçılar etiraz aksiyasının tarixi olaraq, simvolik olaraq martın 31-i, Gürcüstanın müstəqilliyinin bərpa olunduğu günü seçiblər.