Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Şöbəsinin əməkdaşları zorakılıq ittihamı ilə dörd nəfəri – 1998-ci il təvəllüdlü T.T., 2000-ci il təvəllüdlü Q.T., 2005-ci il təvəllüdlü V.S. və 1997-ci il təvəllüdlü M.X.-nı həbs ediblər.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin yanvarın 16-da Tbilisidə, Arağişvili küçəsində qarşıqlıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü M.X.-yə fiziki zorakılıq tətbiq ediblər və hadisə yerindən qaçaraq gizləniblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslər “isti izlər”lə həbs ediliblər.
İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır, bu da bir ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.